Press "Enter" to skip to content

Türk Mədəniyyəti Gecəsi

Gecədən foto

Son yeniləmə: 30 May 2023 12:52

BAYRAQDAR MEDİA – Türk dünyası ölkələri şagirdlərinin iştirakı ilə Türk Mədəniyyəti Gecəsi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayn 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada təşkil olunmuş tədbirdə Ortaq Türk Dünyası Olimpiadası iştirakçıları türk xalqlarının zəngin mədəniyyət nümunələrini təqdim ediblər: “Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan məktəblilərinin ifasında ədəbi-bədii kompozisiyalar, rəqs nümunələri böyük maraqla qarşılanıb. Qardaş xalqların məktəbliləri təqdim etdikləri mədəniyyət nümunələri ilə sarsılmaz türk birliyi və həmrəyliyinə önəmli mesajlar veriblər”.

Qeyd edilib ki, türk ölkələrinin məktəbliləri Ortaq Türk Dünyası Olimpiadasında iştirak etmək üçün Azərbaycana gəliblər. Olimpiadanın final mərhələsi 29 may 2023-cü il tarixində Bakıda keçirilib: “Qaliblərin mükafatlandırıması mərasimi mayın 30-da olacaq”.

Mission News Theme by Compete Themes.