Press "Enter" to skip to content

TBMM-nin yeni dönəmində də Türkiyə-Azərbaycan əməkdaşlığına xüsusi önəm veriləcək

Jüride Sarieroğlu ilə görüş zamanı

Son yeniləmə: 30 May 2023 14:19

Emin Həsənli: İstər AKP, istərsə də MHP-də keçirdiyimiz görüşlərdə bu məqam xüsusi olaraq vurğulandı

BAYRAQDAR MEDİA – “Qardaş Türkiyə özünün daha bir tarixi dövrünü yaşayır. Yüz yaşlı Türkiyə Cümhuriyyəti yeni yüz ilə yeni uğurlar, ən əsası isə seçki və demokratiya baxımından dünyaya bir nümunə olaraq qədəm qoyur. Hər halda Türkiyədə keçirilən parlament və cümhurbaşqanı seçkiləri belə deməyə əsas verir”.

Bunu BAYRAQDAR MEDİA-ya hazırda qardaş ölkədə olan “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Mayın 14-də və 28-də seçkiləri yaxından müşahidə etmək imkanı olan E.Həsənli bildirib ki, türk xalqı bir daha öz gələcəyinə və dövlətin sabahına biganə qalmadığnı nümayiş etdirdi: “İnsanlar seçki məntəqələrinə gələrək azad və demokratik şəkildə öz seçimlərini etdilər. Son nəticədə də Türkiyə vətəndaşlarının mövcud siyasəti dəstəklədikləri bir daha təsdiqləndi. Xalq bu seçkilərlə həm “Cumhur İttifakı”na, həm də sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğana birmənalı dəstək verdiyini nümayiş etdirdi. Xalq bununla həm də türk dünyasının inteqrasiyasının daha da dərinləşməsi, Türkiyə-Azərbaycan əlaqlərinin daha da inkişaf etməsinə səs verdi”.

Kamil Aydınla görüş zamanı
Kamil Aydınla görüş zamanı

E.Həsənli onu da qeyd edib ki, TBMM-nin yeni dönəmində də Türkiyə-Azərbaycan əməkdaşlığına xüsusi önəm veriləcək: “Hər halda istər AKP, istərsə də MHP-də keçirdiyimiz görüşlərdə bu məqam xüsusi olaraq vurğulandı. Qeyd edim ki, qonağı olduğum Türkiyə Müharib Qazilər Birliynin sədri Beyazid Yumukla Türkiyə Milliyətçi Hərəkat Partiyasında və hakim AK Partidə bir sıra görüşlər keçiridik. MHP mərkəzi qərargahında partıyanım genel başqan müavinləri millət vəkili Kamil Aydın və İsmail Faruk Aksu ilə görüşdük. MHP-nin təmsil olunduğu koalisiyanın parlament və cümhurbaşqanı seçkilərində qələbəsi münasibəti ilə təbriklərimi çatdırdım. Həmin görüş zamanı K.Aydın Türkiyənin haqlı davasının Azərbaycanın, Azərbaycanın haqlı davasının da Türkiyənin haqlı davası olduğunu xüsusi vurğuladı. Azərbaycan və Türkiyə parlamentarilərinin beynəlxalq təşkilatlarda birlikdə hərəkət etdiklərini də yada salan K.Aydın yeni dönəmdə də Azərbaycanla əlaqələrini daha da inkişafı məsələsinin TBMM-də gündəmdə olacaını qeyd etdi”.

İsmail Faruk Aksu ilə görüş zamanı
İsmail Faruk Aksu ilə görüş zamanı

E.Həsənli deyib ki, eyni qərarlılıq AK Partinin mərkəzi qərargahında partiyanın sədr müavini və Sosyal siyasət başqanı Jüride Sarieroğlu ilə görüşdə də müşahidə edilib: “J.Sarieroğlu nazir olduğu dönəmdə Azərbaycana səfərini xatırlatdı və Azərbaycanla qürur duyduğunu bildirdi. Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu çox yüksək qiymətləndirdi. Azərbaycan və Türkiyə əməkdaşlığının bundan sonra da hər zaman yüksək olacağını bəyan etdi”.

Mission News Theme by Compete Themes.