Press "Enter" to skip to content

Sağlam qidalanma sağlam həyat tərzi deməkdir

Zakir Quliyev

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev sağlam həyat tərzi, qidalanmanın insan sağlamlığına təsiri, balanslaşdırılmış qidalanma və s. haqda məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 30-da sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “həkim-terapevt bildirib ki, sağlam qidalanma prinsiplərinə riayət etmək sağlam həyat tərzinin mühüm tərkib hissəsidir. O, xüsusilə fiziki aktivliklə birləşən sağlam qidalanmanın orqanizmə müsbət təsirinin elmi şəkildə sübut edildiyini deyib. Balanslaşdırılmış qidalanmadan da danışan Z.Quliyev bu qidalanmanın insan orqanizmi üçün gündəlik rasionda zülalların, amin turşularının, yağların, karbohidratların, vitaminlərin optimal nisbətini təmin etdiyini qeyd edib”.

Z.Quliyev təbii şəraitdə əkilən mövsümi təzə məhsulları qida rasionuna daxil etmək sağlamlığa, orqanizmin təbii ritminə qayıtmasına kömək etdiyini, bu da sağlamlığın qorunması üçün vacib olduğunu bildirib.

Bundan əlavə, mütəxəssis-ekspert həmçinin vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatına görə, sağlamlıq “sadəcə xəstəliyin və ya zəifliyin olmaması deyil, eyni zamanda yaxşı fiziki, əqli və sosial rifahdır”. O, bu səbəbdən faydalı qidaları rasiona daxil etmək, aktiv həyat tərzini seçmək, stressin təhlükəsini dərk etməyi və onunla mübarizə aparmağı öyrənməyin sağlam həyat üçün atılacaq addım olduğunu diqqətə çatdırıb.

Mission News Theme by Compete Themes.