BAYRAQDAR MEDİA – 15 İyun Milli Qurtuluş Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı konsert proqramı təşkil olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “konsert proqramının layihə rəhbəri Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissor teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijor teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster teatrın baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov, baletmeyster teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyeva, iştirakçılar isə Əməkdar artist Fərid Əliyev, Əməkdar artist Səidə Şərifəliyeva, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallıdır”.
Qeyd edək ki, tədbir Ümummilli lider Heydər Əliyev 100 illiyinə həsr olunur.