Press "Enter" to skip to content

Kitab tanıtma: “Hophopnamə”

Hophopnamə

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablar sırasında Azərbaycanın böyük ictimai xadimi, satirik şair Mirzə Ələkbər Sabirin “Hophopnamə”si də var.

Nəşrdə M.Ə.Sabirin 1906-1911-ci illəri əhatə edən satirik şeirləri yer alır.

Kitabın “Şairin poetik irsi” adlı giriş hissəsində qeyd olunur ki, şeirlərdə yalnız şairin özü tərəfindən qoyulan xüsusi adlar əsas prinsip kimi saxlanılıb, qəzet və jurnallarda “Ədəbiyyat”, “Əşar”, “Nəzm”, “Taziyanə” və s. ümumi başlıqlar altında dərc edilən əsərlərin isə ilk misraları kvadrat mötərizə içində sərlövhə kimi verilib.

Kitabı tərtib edən filologiya elmləri doktoru, Prof. Məmməd Məmmədovdur.

Kitabdakı satirik şeirlərin birində deyilir:

-Görmə!
-Baş üstə, yumaram gözlərim.
-Dinmə!
-Mütiəm, kəsərəm sözlərim.
-Bir söz eşitmə!
-Qulağım bağlaram.
-Gülmə!
-Pəkey, şamu səhər ağlaram.
-Qanma!
-Bacarmam! Məni məzur tut,
Böyləcə təklifi-məhalı unut!
Qabili-imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,
Qıl məni asudə, həm öz canını.

Qeyd edək ki, bu gün şairin anadan olmasının 161-ci ildönümüdür. O, 30 may 1862-ci ildə doğulub.

Mission News Theme by Compete Themes.