Press "Enter" to skip to content

Ekskursiyaların təşkil edilməsi ilə bağlı prosedur qaydalar var

Mehriban Vəliyeva

Son yeniləmə: 30 May 2023 16:02

Mehriban Vəliyeva: Məktəblər həmin qaydalara uyğun addımlar ata bilərlər

BAYRAQDAR MEDİA – “Məktəblilərin ekskursiyaları valideynlərin təşəbbüsü ilə həyata keçirilərsə, təəssüf ki, biz müdaxilə edə bilmərik”.

Bunu mayın 30-da jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

O, məktəblilərin səfərlərinin həmin qaydalara əsasən təşkil edilməli olduğunu bildirib: “Məktəblilərin ekskursiyaları ilə bağlı təlimatlar bütün təhsil müəssisələrinə göndərilib. Ümumiyyətlə ekskursiyaların təşkil edilməsi ilə bağlı prosedur qaydalar var. Məktəblər həmin qaydalara uyğun addımlar ata bilərlər. Bununla bağlı təlimat məktəblərə ötən il və bu tədris ilində də göndərilib. Qaydalara görə mütləq valideynlərin razılıq ərizəsi olmalı və təşkilati tərəfləri diqqətdə saxlanılmalıdır. Əgər valideynlər bunu öz təşəbbüsləri ilə həyata keçirirlərsə, təəssüf ki, biz müdaxilə edə bilmirik”.

Mission News Theme by Compete Themes.