Press "Enter" to skip to content

Təbrizdə azərbaycan dili və ədəbiyyatı dərsləri dayandırılıb

Təbriz Universiteti

BAYRAQDAR MEDİA – Təbriz Universitetinin azərbaycan dili və ədəbiyyatı bölməsinin tələbələri dərsləri dayandırıb.

Təbriz Turan TV xəbər verir ki, bu barədə onlar sosial mediada paylaşım ediblər.

Tələbələr bildirib ki, Universitet rəhbərliyi, fars dili və ədəbiyyatı bölməsinin məsulları bir çox məsələlərdə, o cümlədən azərbaycan dili və ədəbiyyatı bölməsinə mütəxəssis kadrların cəlb olunmasına müdaxilələr edirlər.

Bildirilib ki, problemlər həll olunana və tələblər yerinə yetirilənə qədər tələbələr aksiyanı davam etdirəcək.

Qeyd edək ki, Təbriz Universitetində azərbaycan dili və ədəbiyyatı bölməsi 2016-ci ildə yaradılıb. Lakin bölmə bu günə kimi davamlı problemlər və maneələrlə üzləşib.

Onsuz da çox sayda tələbənin oxumasına imkan verilməyən bölməyə azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis kadrların işə götürülməsinə maneçilik törədilib.

O da bildirilir ki, müraciət edənlərin çox olmasına baxmayaraq bölməyə illik məhdud sayda, yalnız 20-30 arası tələbənin cəlb olunmasına icazə verilir.

Mütəxəssis kadrların və azərbaycan dili və ədəbiyyatı müəllimlərinin Azərbaycan Respublikasından çağırılması ilə bağlı təkliflərə isə laqeyd yanaşılır.

Mission News Theme by Compete Themes.