Son yeniləmə: 28 May 2023 16:56
Hüseyn Büyükfırat: Zəlzələ bölgəsindəki vətəndaşlar ikinci turda da fəal şəkildə iştirak edirlər
Türkiyə vətəndaşları bu dəfə də seçki sınağından uğurla çıxdı
BAYRAQDAR MEDİA – “Bildiyiniz kimi, bu gün, mayın 28-də Türkiyə tarixində bir ilk yaşanır. İlk dəfə olaraq ölkənin cümhurbaşqanını seçmək üçün seçkilərdə ikinci tur keçirilir. Onu da deyim ki, mayın 14-dəki birinci turda olduğu kimi, ikinci turda da zəlzələ bölgəsindəki vətəndaşlar fəal şəkildə səsvermə prosesində iştirak edirlər. Mən yenə də Urfada və Adıyamanda apardığım müşahidələr nəticəsində bunu bildirirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda qardaş ölkədə olan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat deyib.
Həm Urfada, həm də Adıyamanda gözəl bir seçki atmosferi müşahidə edilir
Ufanın Haliliye Bələdiyyəsinin başqanı Mehmet Canpolat birlikdə səsvermədə iştirak etdiyini deyən H.Büyükfırat daha sonra bunları bildirib: “Həm Urfada, həm də Adıyamanda gözəl bir seçki atmosferi müşahidə edilir. Qocalar, hətta xəstə insanlar belə seçki məntəqələrinə gəlirlər”.
Onun sözlərinə görə, ən yaddaqalan mənzərə isə Urfada bu gün toyları olan cütlüyün toydan öncə seçki məntəqəsinə gələrək səs vermələri oldu: “Bir sözlə, insanlar səhər erkəndən böyük maraq və istəklə seçki məntəqlərinə axın edirlər”.
Bu dəfə də zəlzələ bölgəsində xüsusi seçki məntəqələri qurulub
H.Büyükfırat əlavə edib ki, ötən dəfə olduğu kimi, bu dəfə də zəlzələ bölgəsində xüsusi seçki məntəqələri qurulub və çadır şəhərçiklərindən insanlar o məntəqələrə gəlib, prosesdə iştirak edirlər: “Bu dəfə də zəlzələ bölgəsində insanların müvəqqəti olaraq məskunlaşdığı çadır şəhərçiklərindən seçki məntəqələrinə gedib səs verməsi üçün müvafiq qurumlar lazım olan bütün şəraiti yaradıblar. Nəqliyyat problem yaşanmasın deyə insanları çadır şəhərçiklərindən məntəqələrə aparmaq, sonra da yaşadıqları yerə qaytarmaq üçün xüsusi avtobuslar ayrılıb. Həmçinin, avtobusla gedə biləməyən şəxslər üçün də özəl avtomobillər ayrılıb”.
Bundan başqa səsvermə günü başqa şəhər və rayonda olan zəlzələ bölgəsinin sakinləri gəlib öz ərazilərində səsvermədə işirak etmək istəyirlərsə onlara təyyarə bileti alınır, yaxud da avtomobillə gəlmək üçün pul verilir.
Bu nəticə gələcəyimiuz üçün uğurlu olacaq
Zəlzələ bölgəsində də vətəndaşlar fəal şəkildə səsvermə prosesində iştirak edirlər
“İnşallah Ankara vaxtı ilə saat 17:00-da səsvermə başa çatacaq. Əminəm ki, Türkiyə seçiciləri, hər bir vətəndaş bu prosesdən də uğurla çıxmağımız üçün üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək. Seçkilərin nəticəsi olaraq isə Türkiyənin dünya miqyasında və türk dünyasında atdığı addımlar davam etdiriləcək. Birinci turda dediyim kimi, əminəm ki, seçkinin nəticəsi Türkiyə Cümhuriyyətinin və ümumilkdə türk dünyasının gələcəyi üçün uğurlu olacaq” deyə, H.Büyükfırat sonda əlavə edib.
📍Urfa.
Oyumuzu kullandık.
Katılım iyi bu noktada. pic.twitter.com/bMP7uu8wjS
— Hüseyin Büyükfırat (@hbuyukfirat) May 28, 2023