Son yeniləmə: 28 May 2023 14:58
BAYRAQDAR MEDİA – Mayın 28-də qardaş Türkiyə Cümhuriyyətinin tarixində bir ilk yaşanır. Belə ki, ilk dəfə olaraq cümhurbaşqanı seçkilərinin ikinci turu keçirilir.
İkinci turda mübarizə hazırkı Cümhurbaşqanı Recep Tayyip Erdoğan və və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu arasında gedir.
Anadolu Ajansının məlumatına görə, Ankara vaxtı ilə saat 08:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək səsvermə məntəqələrində ümumilikdə 191 min 885 seçki qutusu qurulub. Türkiyənin növbəti beş il üçün cümhurbaşqanını müəyyən edəcək seçki üçün ölkə daxilində 60 milyondan çox seçici səsvermədə iştirak edə bilər.
Ölkə xaricinə gəlincə dünyanın 73 ölkəsində yaşayan 3,5 milyona yaxın Türkiyə vətəndaşı üçün təşkil olunan seçki prosesi mayın 24-də başa çatıb. Gömrük məntəqələrində isə səsvermə mayın 28-də yerli vaxtla saat 17:00-dək davam edəcək. Xarici ölkələrdən Türkiyəyə gətirilən bülletenlər Türkiyədə səsvermə başa çatdıqdan sonra sayılacaq.