Son yeniləmə: 27 May 2023 10:01
Cavid Aydın: Eskişehirdə yaşayan və Türkiyə vətəndaşı olan azərbaycanlılar birinci turda olduğu kimi, bu dəfə də prosesdə fəal şəkildə iştirak edəcəklər
BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi mayın 28-də Türkiyəninn və türk dünyasının gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edəb cümhurbaşqanı seçkisinin ikinci turu keçiriləcək. Eskişehirdə yaşayan və Türkiyə vətəndaşı olan azərbaycanlılar da birinci turda olduğu kimi, bu dəfə də prosesdə fəal şəkildə iştirak edəcəklər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.
Onun sözlərinə görə, birinci turdan fərqli olaraq ikinci turda durum tamamilə dəyişib: “Bildiyiniz kimi, birinci turda Azərbaycan türkü olan Sinan Oğan da namizəd idi. Türkiyə vətəndaşı olan azərbaycanlılar birinci turda istər S.Oğanın namizəd kimi qeydə alınması prosesi ərəfəsində, istərsə də seçkidə onun dəstəklənməsi baxımından fəallıq göstərdi”.
C.Aydın deyib ki, ikinci turda S.Oğan “Cumhur İttifakı”nın namizədi Recep Tayyip Erdoğana dəstəyini açıqladı: “İndi son qərarı birinci turda S.Oğana səs verən Türkiyədəki azərbaycanlılar verəcək”.