Son yeniləmə: 26 May 2023 17:53
BAYRAQDAR MEDİA – Bu il mayın 26-dan 28-dək Qirğizistanda cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 16 komandanın iştirak etdiyi “Muras” ənənəvi yoldaşlıq turniri keçiriləcək.
Veçernıy Bişkek xəbər veri ki, onların arasında Qırğızıstan Prezidentinin komandası, mədəniyyət, biznes, media, idman federasiyalarının nümayəndələrindən ibarət komandalar, futbol veteranları, Joqorku Keneşin deputatları, rayon və şəhər rəhbərləri, din xadimləri, tibb və təhsil müəssisələri var. Bu barədə Qırğızıstan Futbol İttifaqı məlumat yayıb.
Bundan başqa, “Muras” turniri həmçinin 40 yaşadək futbolçulardan təşkil olunmuş komandalar arasında da keçiriləcək.
Xatırladaq ki, bundan əvvəlki turnirin qalibi “İdman Federasiyaları” komandası olub.
Bu yarışın keçirilməsində əsas məqsəd ölkədə idmanın inkişafı, sağlam həyat tərzinin təbliğidir. Bundan əlavə, turnir ölkəmizdə ictimaiyyətin müxtəlif sektorlarının nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyır.
16 komandanın 4 qrupa bölündüyü rəsmi püşkatma mərasimi mayın 24-də keçirilib və oyunların təqvimləri məlum olub.