Press "Enter" to skip to content

“Neft Daşları”na maraqlı və yaddaqalan səfər

Səfərdən xatirə fotosu

Son yeniləmə: 26 May 2023 15:43

BAYRAQDAR MEDİA – “Neft Daşları” qəzetinin 55 illiyi ilə bağlı cari il yanvarın 18-də Azərbaycan Mətbuat Şurasında keçirilmiş toplantıda Şuranın İdarə Heyətinin üzvlərinin “Neft Daşları” qəsəbəsinə səfəri ilə bağlı təşəbbüs səslənmişdi. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) həmin təşəbbüsə həssas münasibət göstərib və nəzərdə tutulan səfər mayın 25-də təşkil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 26-da Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, “MŞ İdarə Heyətinin üzvlərini dünyanın səkkizinci möcüzəsi sayılan qəsəbədə “Neft Daşları” NQÇİ-nin rəisi Asim Bağırov, müəssisəsinin rəhbər şəxsləri, “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev və nəşrin əməkdaşıqarşılayıblar.

İH üzvləri təhlükəsizlik qaydaları ilə tanış olur
İH üzvləri təhlükəsizlik qaydaları ilə tanış olur

Əvvəlcə buradakı təhlükəsizlik qaydaları ilə tanış olan İH üzvləri“Neft Daşları”nın keçmiş və indiki zamanını əks etdirən fotostendə və qəsəbə haqqında ümumi məlumatın əksini tapdığı məlumat lövhəsinə baxış keçiriblər”.

Heydər Əliyev muzeyi ilə tanışlıq
Heydər Əliyev muzeyi ilə tanışlıq

Məlumata əsasən, Ulu Öndər Heydər Əliyevin qəsəbədəki abidəsinin ziyarət olunması ilə başlanmış səfər Heydər Əliyev muzeyi ilə tanışlıqla davam etdirilib: “Muzeydə qonaqlara Ulu Öndərin “Neft Daşları”na verdiyi önəmin bariz nümunələrini əks etdirən materillar barədə ətraflı məlumat verilib.

 

“Neft Daşları” yatağını kəşf etmiş geoloq Ağa Qurban Əliyevin abidəsi
“Neft Daşları” yatağını kəşf etmiş geoloq Ağa Qurban Əliyevin abidəsi

Ardınca “Neft Daşları” yatağını kəşf etmiş geoloq Ağa Qurban Əliyevin abidəsi ziyarət olunub. Abidə önündə əfsanəvi geoloqun fədakar fəaliyyətinin müxtəlif məqamlarının sadalanması qonaqlarda böyük maraq yaradıb”.

Qeyd olunub ki, qonaqlar Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş 17 neftçinin,həmçinin Xəzər dənizini fəth edərkən həyatını itirmiş neftçilərin xatirəsinə ucaldımış abidə komplekslərini ziyarət ediblər. “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış kompozisiya (Qəhrəman Neftçilər abidəsi), dünyada açıq dənizdə qazılmış ilk quyu (1 saylı quyu)ilə tanışlıq datəəssürat zənginliyi ilə yadda qalıb.

“Neft Daşları”nın təbliği ilə bağlı müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb
“Neft Daşları”nın təbliği ilə bağlı müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb

Heydər Əliyev muzeyində keçirilən görüşdə “Neft Daşları”nın Azərbaycanın neft sanayəsində oynadığı rol önə çəkilib, hazırda qəsəbədəki iş rejimi barədə məlumatlar verilib. Həmçinin, qəhrəman neftçilərin fədakar əməyinin, yorulmaz fəaliyyətinin işıqlandırılmasında 55 illiyini qeyd etmiş “Neft Daşları” qəzetinin böyük ənənələr yaratdığı vurğulanıb: “Görüşdə, eyni zamanda, “Neft Daşları”nın təbliği ilə bağlı müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb”.

Ayrı-ayrı çıxışlarda səfərin təşkilinə göstərdiyi dəstəyə görə SOCAR rəhbərliyinə təşəkkür ifadə olunub.
Beləliklə, maraqlı və yaddaqalan səfər başa çatıb.

Mission News Theme by Compete Themes.