Press "Enter" to skip to content

“Müqəssir zövq” sərgisi olacaq

Müqəssir zövq

BAYRAQDAR MEDİA – İyunun 1-də YARAT-ın ARTIM Layihə Məkanı “Guilty Pleasure” (Müqəssir zövq) sərgisi təşkil edəcək.

Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “sərgidə gənc Azərbaycan rəssamları – Ağaəli Sədirli və Nailə Dadaş-zadə yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad Cəfərov, Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallı və “Kobranın ölüm rəqsi” iştirak edirlər”.

Sonra xəbərdə bildirilir ki, “”Guilty Pleasure” sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb”,

Qeyd edək ki, saat 19:00-da başlayacaq sərginin kuratoru Zəhra Məmmədovadır.

Mission News Theme by Compete Themes.