Press "Enter" to skip to content

İnformasiya cəmiyyətində mədəni-tarixi irsin qorunması və ötürülməsi

Konfransdan görüntü

BAYRAQDAR MEDİA – Mayın 25-i Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “İnformasiya cəmiyyətində mədəni-tarixi irsin qorunması və ötürülməsində kitabxanaların rolu” mövzusunda Respublika elmi konfransı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 26-da sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə deyilir ki, “konfransda Azərbaycanın bir sıra ali təhsil ocaqlarının və kitabxanalarının əməkdaşları iştirak ediblər. Konfransın plenar iclasında açılış nitqi ilə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev çıxış edib. Bildirib ki, bu konfrans Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planı çərçivəsində keçirilir”.

Sonra xəbərdə bildirilir ki, “AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva iştirakçıları salamlayaraq sözügedən konfransın çox mühüm məsələyə həsr olunduğunu qeyd edib. Ümummilli Lider H.Əliyevin Azərbaycan tarixində müstəsna rolundan bəhs edən akademik, Ulu Öndərin Azərbaycanın tarixinə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşərək həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana əvəzsiz xidmətlərindən danışıb”.

Daha sonra UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevanın “Heydər Əliyev irsi dünya kitabxanalarında”, ADA Universiteti Kitabxanasının direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədovun “Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə elektron biblioqrafik bazaların yaradılması: ADA Universiteti Kitabxanasının təcrübəsi əsasında”, BDU-nun Elmi Kitabxanasının direktoru, Dos. Nigar İsmayılovanın “Bakı Dövlət Universiteti Heydər Əliyevin çıxışlarında” adlı məruzələri dinlənilib.

Ardınca konfrans işini sessiyalarla davam etdirib. Mövzu ətrafında iştirakçıların çıxışları dinlənilib, təqdimatları nümayiş olunub.

Mission News Theme by Compete Themes.