Son yeniləmə: 26 May 2023 15:59
BAYRAQDAR MEDİA – Bolqarıstanda yeni hökumətin qurulmas ilə bağlı daha bir neçə açıqlama verilib.
Radio Bolqarıstanın məlaumatına görə, PP-DB ittifaqından akademik Nikolay Denkov parlamentdə açıqlama verib. O, “GERB tərəfində mandatlı kabinet layihəsinə daha çox nazirin daxil edilməsi arzusu var. Amma bizim müəyyən şərtlərimiz var” deyib.
“Demokratik Bolqarıstan”ın (DB) həmsədri Xristo İvanov isə deyib ki, “Bizim tərcihimiz tamamilə neytral və ekspert formatına idi. Siyasi nümayəndələrimiz çox güman ki, bu hökumətdə olmayacaq”.
“İma təkəv narod” partiyasından Stanislav Balabanov öz növbəsində “Rotasiya prinsipi şəxsi maraqlar ətrafında cərəyan edir və konstitusiyaya ziddir. Biz ilk iki güc arasında koalisiyaya qarşı çıxacağıq” deyib.
Nəhayət, mediaya açıqlamasında BSP lideri Kornelia Ninova, “PP-DB BSP ilə danışmaq istəyini nümayiş etdirmədi. GERB ilə razılaşdılar. Bu, prinsipsiz bir koalisiyadır” deyə bəyan edib.