Son yeniləmə: 26 May 2023 13:41
BAYRAQDAR MEDİA – KKTC-nin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı yeni Ercanın açılışı üçün yeni tarix verib.
Kibirs Postasi xəbər verir ki, BRT-dəki “17-ci saat” proqramında iştirak edib.
Nazir bir daha Ercan Hava Limanının yeni binasının açılışı üçün 15 iyun tarixinə işarə edib.
Açıqlamasında həmçinin, açılışın iyunun 25-də keçiriləcək növbədənkənar seçkilərdən sonra keçirilə biləcəyini də deyən E.Arıklı açılışı Türkiyənin yeni seçilmiş cüçhurbaşqanının edəcəyini vurğulayıb.
Terminal binasındakı bəzi texniki problemlərin aradan qaldırıldığını deyən E.Arıklı, hava limanının operatoru olan “Taş Yapı”ya müəyyən qədər borcun olduğunu bildirib.
“Biz bir protokol imzalamalıyıq. Düşünürəm ki, gələn həftə imzalayacağıq” deyən E.Arıklı, borcun gəlirlər hesabına ödəniləcəyini əlavə edib.