Son yeniləmə: 26 May 2023 11:30
Oral Büyüksarı: Bu Akademiyada pilot kimi yetişmək istəyən azərbaycanlı gənclərə xüsusi endirimlər ediləcək
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə, Eskişehirdə Anadolu Uçuş Aviasiya Akademiyası yaradılıb.
Mayın 25-də Akademiyanın ictimaiyyətə təqdimat mərasimi keçirlib.
Akademiyanın qurucu ortaqlardan Oral Büyüksarının BAYRAQDAR MEDİA-ya verdiyi özəl açıqlamaya görə, Eskişehirdə aviasiya sahəsində bütün sahələr fəaliyyət göstərir: “Biz də qərara gəldik ki, bu şəhərdə Mülki Aviasiya Baş İdarəsinin məsləhət bildiyi sahələr üzrə təhsil verəcək, həmçinin, özəl sektorda pilotlar yetişdirən və aviasiya sektoru üçün təlimlər verən Anadolu Uçuş və Aviasiya Akademiyasını yaradaq”.
Qeyd edilib ki, təqdimat mərasimi Vecihi Hürkuş Aviasiya və Texnologiya Parkında keçirilib. Mərasimdə Tepebaşı Bələdiyyə sədrinin müavini Suat Yalnızoğlu da iştirak edib. S.Yalnızoğlu öncə iştirakçılara Vecihi Hürkuş Aviasiya və Texnologiya Parkı haqqında məlumat verib.
Mərasimdə çıxış edən Oral Büyüksarı isə bildiirb ki, akademiyada pilotun məşq etməsi üçün lazım olan 14 aylıq müddətdə yerüstü dərslər, sonra isə uçuşlar həyata keçiriləcək.
“Yerüstü dərslər Eskişəhərdə, uçuşlar isə “Güneydoğu havacılık” şirkəti ilə müqavilə sasənda Nevşehirdə keçiriləcək. Qısa müddətdə prestijli bir peşəyə yiyələnmək üçün hər cür şərait yaradılacaq gənclərimizə gələcəyimizin təminatı veriləcək. Adətən gənclər 1 il universitetə hazırlıqdan sonra 4 il təhsil alırlar. Anadolu Uçuş və Aviasiya Akademiyası ümumilikdə 14 ayda pilot hazırlayır. Yəni, 5 ildə universitet üçün edilən xərcin yarısına gənclər tam hazır pilot kimi yetişilrər” deyə o, bildirib.
O.Büyüksarı pilotluqdan əlavə, gənclərə aviasiya ilə bağlı digər sahələrə dair kursların keçiriləcəyini də deyb.
“Onu da qeyd edim ki, bu Akademiyada pilot kimi yetişmək istəyən azərbaycanlı gənclərə xüsusi endirimlər ediləcək. Onlara dəstək olacayıq” deyə, o, sonda bildirib.