BAYRAQDAR MEDİA– Türkmənistan paytaxtındakı Ticarət və Sənaye Palatasında “Ağ şəhərim Aşqabad” XXII çoxşaxəli beynəlxalq sərgisi işə başlayıb.
Bu barədə Atavatan-Türkmenistan məlamat yayıb.
Bildirilib ki, sərgidə çoxlu sayda yerli və xarici şirkət və müəssisələr, nazirlik və idarələrin nümayəndələri, Türkmənistanda fəaliyyət göstərən diplomatik qurumların, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.
Sərgi məkanında bayram ab-havası yaradılıb. Musiqilər səsləndirilib, xalq rəqsləri ifa olunub, milli geyimli qızlar ziyarətçilərə şirniyyat təqdim ediblər.
Sərginin təşkilatçıları Aşqabad Şəhər İcra Hakimiyyəti və Ticarət və Sənaye Palatasıdır.