Press "Enter" to skip to content

28 May – Müstəqillik Günü ilə bağlı tədbir

Tədbirdən görüntü

Son yeniləmə: 26 May 2023 19:22

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə MEK-in baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək bu günün əhəmiyyətindən, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıb. Bildirib ki, çətin tarixi şəraitdə və mövcud olduğu qısa müddətdə AXC böyük uğurlar əldə edib. Professor Ulu Öndər Heydər Əliyevin səylər nəticəsində Azərbaycanın müasir dövrdəki inkişafından da söhbət açıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərini xüsusi vurğulayan M.Əliyev bu yolda Ümummilli liderin davamçısı Prezident İlham Əliyevin ölkənin inkişafındakı misilsiz roluna diqqət çəkib. Baş direktor çıxışının sonunda MEK əməkdaşlarına AMEA prezidenti, akademik İsa Həbibbəylinin 28 May – Müstəqillik Günü münasibətilə təbrikini çatdırıb.

Sonra MEK-in Beynəlxalq Əlaqələr şöbəsinin baş müxətəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva çıxış edərək müstəqillik tarixindən danışıb. O, Azərbaycanın indiki Azərbaycan olmasında həmin tarixin mühüm rolu olduğunu bildirib. Politoloq çıxışı zamanı AXC-nin müstəqillik ideyalarının 1991-ci ildə insanların müstəqillik uğrunda mübarizəsinə təkan verdiyini vurğulayıb. Z.Qarayeva həmçinin 1991-ci ildə əldə olunan müstəqilliyin xalqın 1918-ci ildə tapdığı müstəqilliyin nəticəsi olduğunu deyib. Eləcə də AXC-dən hazırki dövrə çox ənənələr qaldığını deyən politoloq bu gün güclü Azərbaycan uğrunda uğurlu addımlar atıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, MEK-də 28 May – Müstəqillik Günü ilə əlaqədar sərgi də təşkil olunub.

Mission News Theme by Compete Themes.