Son yeniləmə: 25 May 2023 08:44
BAYRAQDAR MEDİA – Cümhurbaşqanı seçkilərinin ilk turu öncəsi HDP ilə qol-qola gedən 7 partiyalı koalisiyanın namizədi Kemal Kılıçdaroğlunun ikinci turda milliyətçiyə “çevrilməsi” ülkücülər tərəfindən etirazla qarşılanıb.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, İzmir Ülkü Ocakları tərəfindən K.Kılıçdaroğlunun şəkli olan pankart açılıb. Pankrtada birinci turla ikinci tur arasında fərq qoyulub.
Məlumata əsasən, birinci turda K.Kılıçdaroğlunun terrorşuların daha çox işlətdiyi qələbə işarəsini əks etdirən fotoşəkili, ikinci turda isə boz qurd simvolu tutan və milliyetçilər xas bığlı formada şəkli yerləşdirilib: “Pankartda yazılan “bəziləri ikiüzlüdür” ifadəsi diqqət çəkib. İzmir Ülkü Ocakları tərəfindən yayımlanan bu görüntü sosial mediada böyük təsir bağışlayıb. Kemal Kılıçdaroğlunun milliyyətçi mövqeyini səmimi və inandırıcı görməyən Melih Gökçek pankartla fotosunu tvit edərək, “Ülkü Ocakları sizə afişa çəkdirib, buyurun, cavab verin” deyib”.