Son yeniləmə: 25 May 2023 20:52
BAYRAQDAR MEDİA – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyəti Malayziyada işgüzar səfər çərçivəsində Malayziya İslam Təfəkkürü İnstitutunda olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 24-də sözügedən İnstitutdan daxil olub.
Xəbərdə bildirilir ki, “görüş zamanı MİTİ-nin sədri, Dr. Muhammad Nur Manuty öncə təmsil etdiyi qurum haqqında geniş məlumat verib. DQİDK-nin sədr müavini Gündüz İsmayılov Azərbaycanda mövcud dövlət-din münasibətləri barədə söhbət açaraq bildirib ki, Azərbaycan xalqı hər zaman digər dinlərin və millətlərin nümayəndələri ilə dost, qardaşlıq və sülh şəraitində yaşayıb və bu ənənə bu gün də davam etməkdədir”.
Sonra xəbərdə deyilir ki, “Aİİ rektoru, Dos. Aqil Şirinov təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, hədəfləri haqqında geniş məlumat verib, ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri barədə danışıb”.
Qeyd edək ki, Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən işgüzar səfərdə DQİDK-nin sədr müavini G.İsmayılov, Aİİ rektoru, Dos. Aqil Şirinov, ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov və İnstitutun xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov iştirak edirlər.