BAYRAQDAR MEDİA – İyunun 1-də YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Hədis” animasiya filminin premyerası olacaq.
Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, ”film qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. Həmçinin film, gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub”.
Filmin rejissoru Nəzrin Ağamalıyeva, ssenari müəllifləri: İsmayıl İman və Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyevdir.
Qeyd edək ki, saat 19:00-da başlayacaq film Azərbaycan dilində, ingilis dilində isə alt yazılarla nümayiş olunacaq.