Son yeniləmə: 25 May 2023 11:26
BAYRAQDAR MEDİA – Şiraz şəhərinin Sədra bölgəsində yaşayan qaşqay türklərinin fəalı Əbülfəz Kərəmi Yadkuri Kəşkuli mayın 23-də İran təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Bu barədə xəbəri mayın 25-də Azad İran Telegram kanalı qaşqay fəallarına istinadla yayıb.
Xəbərə görə, təhlükəsizlik qüvvələri Əbülfəz Kərəminin evinə hücum ediblər. Fəalı həbs etdikdən sonra evdə axtarış aparılıb və ona məxsus şəxsi əşyalar müsadirə edilib.
Fəalın hara aparıldığı və nədə günahlandırıldığı açıqlanmayıb.