BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya işgüzar səfərə gedib. O, buraya Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə təşrif buyurub.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin mayın 25-də yaydığı xəbərə görə, səfərin məqsədi Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak olub.
Prezident İ.Əliyev qeyd edilən tədbirdə iştirak və çıxış edib. Onun çıxışına Ermənistanın Baş naziri Nikol Paşinyan adəti üzrə cavab verməyə çalışıb. Lakin yenə də əsassız fikirlər səsləndirməsi onu pis vəziyyətdə qoyub. Təbii olaraq Azərbaycan Prezidenti Ermənistan Baş nazirini, mədəni dildə desək, maarifləndirməli olub…
Onu da əlavə edək ki, səfərin məqsədi həm də Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında görüşün keçirilməsidir.