Son yeniləmə: 25 May 2023 14:30
BAYRAQDAR MEDİA – Buxarestdə Türkmənistanın Mədəniyyət Günlərinin açılış mərasimi olub.
Bu barədə Atavatan-Türkmenistan məlumat yayıb.
Məlumata əsasən, tədbir Türkmənistan və Rumıniyanın Mədəniyyət nazirlikləri, eləcə də Türkmənistanın Rumıniyadakı səfirliyi tərəfindən təşkil olunub.
Tədbirin açılışında hər iki ölkənin mədəniyyət strukturlarının rəhbərləri çıxış edərək bu tədbirin əhəmiyyətini, Türkmənistan-Rumıniya diplomatik, mədəni-humanitar əlaqələrinin möhkəmlənməsini vurğulayıblar.
Çıxışlarda o da vurğulanıb ki, son illərdə şair Maqtımqulu Piraqinin şeir topluları rumın dilinə tərcümə edilib.
Tədbir çərçivəsində türkmən mədəniyyət və incəsənət ustalarının çıxışları olub, həmçinin, milli dəyərlərdən bəhs edən sərgi təşkil olunub.
Bundan başqa, beynəlxalq konfransın keçirilməsi, milli yeməklərin təqdimatı, “Türkmənfilm” tərəfindən Maqtımqulu Piraqinin anadan olmasının 300 illiyi münasibətilə çəkilmiş qısametrajlı filmin nümayiş nəzərdə tutulub.