Son yeniləmə: 25 May 2023 12:31
BAYRAQDAR MEDİA – Quzey Makedoniya Türk Demokrat Partiyasının sədri və millət vəkili Dr. Beycan İlyas daxili işlər naziri Süleyman Soylu və AK Parti İstanbul İl sədri Osman Nuri Kabaktepenin dəvəti ilə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın mayın 22-də İstanbulda keçridyi “Böyük Rumeli Toplantısı”na qatılıb.
Yeni Balkan xəbər verir ki, TDP bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Sədrimiz Makedoniya Türk Demokrat Partiyası üzvlərinin və Makedoniya türklərinin Cümhurbaşqanı Recep Tayyip Erdoğana dəstəyini ifadə etdi. “Böyük Rumeli Toplantısı” proqramına Balkan ölkələrindən çoxlu siyasi partiya rəhbərləri qatılıb. Rumeli mühacir dərnəklərinin və Türkiyənin bir çox yerindən nümayəndələrin qatıldığı bu görüşə mühacirlərimiz böyük maraq göstərib. Sədrimiz proqram çərçivəsində mühacir birliklərinin nümayəndələri və onların siyasi həmkarları ilə görüşmək imkanı əldə edib. Cümhurbaşqanı seçkilərinin ilk turunda ən çox səs toplayan R.T.Erdoğanın ikinci turda da xalqın dəstəyini alacağına ürəkdən inanan təşkilatımız dəstəyini təzələyib”.
Dr. Beycan İlyas isə “Əminik ki, Türkiyədə yaşayan Rumeli əsilli vətəndaşlarımız Cümhurbaşqanımıza hərtərəfli dəstək verəcəklər. Unutmayın ki, Türkiyə Türkiyədən böyükdür” deyib.