BAYRAQDAR MEDİA – Mayın 28-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) komediyası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “premyerası 16 oktyabr 2021-ci ildə oynanılan bu tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Məişət mövzusunu əhatə edən tamaşa 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda dəfələrlə Musiqili Teatrın səhnəsində təqdim olunub. Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən tamaşanın budəfəki nümayişində Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, İbrahim Əlizadə, Nigar Qarayeva oynayacaqlar”.
Qeyd edək ki, orkestr heyətinin müşayiəti ilə xor və balet artistlərinin də iştirak etdiyi tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.