Press "Enter" to skip to content

Yunanıstan yenidən seçkilərə gedir

BAYRAQDAR MEDİA – Yunanıstanda mayın 21-də keçirilən ümumi seçkilərdə üçüncü olan PASOK-KINAL ittifaqının lideri Nikos Andrulakis prezident Katerina Sakelaropulunun ona verdiyi hökumət qurmaq mandatını qəbul etməyib.

Bu barədə Kibris Türk məlumat yayıb.

Bildirilib ki, Prezident K.Sakelaropulu tərəfindən hökuməti qurma səlahiyyətinin verilməsi üçün ofisinə dəvət edilən N.Andrulakis, seçki nəticəsinin koalisiyaya imkan vermədiyini bildirib.

Məlumata əsasən. K.Sakelaropulu Konstitusiyanın 37-ci maddəsinə uyğun olaraq seçki nəticələrinə görə parlamentdə qrupu olan bütün partiya liderlərini mayın 24-də yerli vaxtla saat 11:00-da Prezident sarayına dəvət edib.

Bu görüşdən sonra parlament seçkilərinin ikinci turunun keçirilməsinə dair qərar veriləcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.