Press "Enter" to skip to content

Tərəflər standartlaşdırma sahəsində əməkdaşlıq edəcəklər

Görüşdən foto

Son yeniləmə: 24 May 2023 11:11

BAYRAQDAR MEDİA – Litvanın standartlaşdırma üzrə milli orqanı olan Litva Standartlar Şurasının (LST) nümayəndə heyəti 22-23 may tarixlərində Azərbaycanda səfərdə olub. Səfər zamanı Litva nümayəndə heyəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) bir sıra görüşlər keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 24-də Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşlər zamanı tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub, həmçinin Avropa direktivləri və istinad standartlarının qəbulu əsasında milli texniki reqlamentlərin qəbulu prosedurları, istinad standartlarının tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində AZSTAND və LST arasında Anlaşma Memorandumu imzalanıb: “Sənədə əsasən tərəflər standartlaşdırma sahəsində rəqəmsal həllərin tətbiqi, Texniki Komitələrin fəaliyyəti, standartların yayılmasında abunə praktikası üzrə əməkdaşlıq edəcək, istinad standartları sahəsində təcrübə mübadiləsi həyata keçirəcək”.

Mission News Theme by Compete Themes.