Press "Enter" to skip to content

Rəqəmsal SAT imtahanı təşkil ediləcək

Son yeniləmə: 24 May 2023 14:43

BAYRAQDAR MEDİA – Rəqəmsal SAT imtahanı iyunun 3-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb edilən sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Məlumaat əsasən, qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır: “İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir. İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq. Qeyd edək ki, 3 iyun SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl “Bluebook”da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcəkdir”.

Mission News Theme by Compete Themes.