Son yeniləmə: 24 May 2023 11:53
BAYRAQDAR MEDİA – Qazaxıstanın hakim “Amanat” partiyası media təmsilçilərinin peşə bayramı ərəfəsində respublika səviyyəsində keçirilən ənənəvi müsabiqəyə başlandığını elan edib.
Aikyn.kz xəbər verir ki, media nümayəndələrinin potensialının artırılmasına yönəlmiş açıq müsabiqə Prezident Qasım-Jomart Toqayevin bilavasitə təşəbbüsü ilə həyata keçirilən islahatlar, zəhmətkeş insan, rayonların inkişafı, mənəvi-mədəni inkişaf, mədəniyyət, incəsənət, gənclərin cəmiyyətdəki rolu və s. kimi mövzuları əhatə edir.
Həmçinin müsabiqə çərçivəsində Maqjan Jumabayev adına “Söz cəvahiratı”, “Televiziya əlaçısı” və Şerxan Murtaza və Kamal Smayılov adına “Fəal vətəndaşlığa görə” xüsusi mükafatlar nəzərdə tutulub.
Müsabiqəyə yazılar mayın 22-dən iyunun 19-dək qəbul olunur. Qaliblər iyunun 26-da keçiriləcək mərasimdə mükafatlandırılacaqlar.