Son yeniləmə: 24 May 2023 10:13
BAYRAQDAR MEDİA – Rumıniyaya səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin Ticarət və Sənaye Palatasının prezidenti Mihai Daraban ilə görüşüb.
Bu barədə KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsi potensialı, qarşılıqlı biznes missiyalarının təşkili və birgə əməkdaşlıq təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb.