Press "Enter" to skip to content

Ötən dövrdə on üç min beş yüzdən çox mənzil və fərdi ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 25 May 2023 08:17

BAYRAQDAR MEDİA – Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir.

Qeyd edilir ki, dövlət başçısının göstərişinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzillə təminatı proqramı 2018-2023-cü illərdə 5 dəfə genişlənib: “Həmin dövrdə 7892, ümumilikdə ötən dövrdə 13 min 560 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib”.

Məlumata əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-2023-cü illərdə 1 min 582, ümumilikdə ötən dövrdə 7 min 500-dən çox avtomobil verilib.

Mission News Theme by Compete Themes.