BAYRAQDAR MEDİA – İyunun 7-də saat 19:00-da Bakı Musiqi Akademiyasının nəzdində olan Opera Studiyasının səhnəsində Üzeyir Hacıbəyli yaradıcılığının ən populyar nümunələrindən biri olan “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunacaq.
Bu haqda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Əsəri ADAOBT 2006-cı ildə peşəkar vokalçıların ifasında səhnəyə qoyub. Böyük uğur qazanan musiqili komediya hazırda sözügedən teatrın ən sevilən tamaşalarındandır”.
Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.