Press "Enter" to skip to content

Malayziya təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilir

Malayziya görüşlərindən

BAYRAQDAR MEDİA – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyəti Malayziyada işgüzar səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İnstitutdan daxil olub.

Xəbərdə bildirilir ki, “səfər çərçivəsində heyət ilk olaraq Malayziya Beynəlxalq İslam Universiteti nəzdində Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunu ziyarət edib. Malayziya Beynəlxalq İslam Universiteti nəzdində Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutu Vəhy bilikləri və humanitar elmlər fakültəsinin dekanı, Prof. Əbdüləziz Berghout qonaqları burada görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Görüş zamanı DQİDK-nin sədr müavini Gündüz İsmayılov Azərbaycanda mövcud dövlət-din münasibətləri barədə söhbət açıb”.

Sonra xəbərdə deyilir ki, “Aİİ rektoru Aqil Şirinov təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, hədəfləri haqqında geniş məlumat verib, həmçinin mövcud ixtisaslar barədə bəhs edib”.

Səfər çərçivəsində Malayziya İslam İncəsənəti Muzeyi də ziyarət edilib.

Mission News Theme by Compete Themes.