Son yeniləmə: 24 May 2023 16:18
BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə regional təhsil idarələri ilə birlikdə vətəndaş müraciətləri və vətəndaş məmnunluğu ilə əlaqədar maarifləndirici görüşlər keçirilir.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, məqsəd yerli təhsili idarəetmə orqanlarında kommunikasiya və informasiya mübadiləsinin effektiv həyata keçirilməsinə dəstək olmaq, sözügedən qurumların bu istiqamətdəki fəaliyyətində səmərəliliyin artırılması və data əsaslı məlumat bazasının yaradılmasıdır: “Bu məqsədlə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şirvan-Salyan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Mərkəzi Aran regional təhsil idarələrinin əməkdaşları ilə görüşlər təşkil edilib. Görüşlərdə nazirliyin əməkdaşları Altun Rəcəbli və Həmid Qasımov iştirak ediblər. Görüş çərçivəsində vətəndaş müraciətlərinin data əsaslı qeydiyyatı və analitik təhlili, müraciətlərin araşdırılması, vətəndaşların qəbula dəvəti, sosial şəbəkələrdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tədbirlər planının hazırlanması, proseslərin avtomatlaşdırılması ilə çevik kommunikasiyanın təşkili və vətəndaş qəbulu prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib”.