“Qaraqoyunlu dərəsinin Göyərçin və Salah kəndləri”
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında olan nəşrlərdən biri də Prof. Misir Mərdanovun müəllifi olduğu “Qərbi Azərbaycan həqiqətləri: Qaraqoyunlu dərəsinin Göyərçin və Salah kəndləri” kitabıdır.
Kitabda Qərbi Azərbaycan həqiqətləri, bu torpaqların ayrılmaz parçası olan Qaraqoyunlu dərəsində uzun yüzilliklər yaşamış azərbaycanlıların məşğuliyyəti, adət-ənənələri, mətbəxi, elm və təhsil uğurları, onlara qarşı dəfələrlə törədilmiş erməni vəhşiliklərindən danışılır. Həmçinin nəşrdə Qaraqoyunlu dərəsinin tarixi, toponimləri, oykonimləri, tanınmış şəxsləri, görkəmli alimləri, məktəbləri, təbiəti, florası, faunası, özünəməxsus cəhətləri, həmçinin Göyərçin və Salah kəndlərində yaşamış tayfalar, ailələr, şəxslərin siyahısı və digər məlumatlar da verilib.
Müəllif kitabın girişində yazır: ““Bu kitabı niyə yazdım” sualının min cavabı var, ancaq əsas cavab belədir: “O torpaqlara qayıtmalıyıq, vətənimizi unutmamalıyıq, bu haqsızlıqla barışmamalıyıq!””.
Qeyd edək ki, kitabın redaktoru Dos. Fikrət Şiriyev, naşiri Tural Axundov, komputer tərtibatçıları isə Təhmasib Medhdiyev, Səbinə Salmanovadır.