Press "Enter" to skip to content

Kərkükdə seçkilərlə bağlı tələb

Mətbuat konfransı zamanı

Son yeniləmə: 24 May 2023 16:29

BAYRAQDAR MEDİAKərkükdə Türkmən və Ərəblərin Vilayət Məclisi və Seçki Komissiyası ilə bağlı birgə mətbuat konfransı keçirilib.

Türkmeneli TV xəbər verir ki, mətbuat konfransında açıqlama verən İraq Türkmən Cəbhəsi Kərkük vilayəti sorumlusu Kahtan Vendavi seçki komissiyasının Kərkükdə daha əvvəl qərəzsiz və şəffaf fəaliyyət göstərmədiyi üçün Kərkükü təmsil etmədiyini bildirib.

K.Vendavi açıqlamasında seçki komissiyasının 2005-ci ildən bəri tək partiya və etnik qrup tərəfindən idarə olunmasının Kərkükdə ümumi idarəçiliyə zərər verdiyini və ictimaiyyətin gözündə xəyal qırıqlığına səbəb olduğunu bildirib.

Kərkük əyalət seçkilərinin şəhərin bütün qurumları üçün əhəmiyyətli olduğunu vurğulayan K.Vendavi, Kərkükdəki seçki komissiyasının şəhərdəki digər birləşmələri görməzdən gəldiyini və bəzi partiyaları siyasi səbəblərlə ön plana çıxardığını, seçkilərin ədalətli keçməyəcəyini deyib.

Bağdad Seçki Komissarlığında türkmənlərin yer almadığını bildirən Vendavi türkmənlərin seçki komissarlığı məclisində təmsil olunmasını tələb edib.

Mission News Theme by Compete Themes.