Press "Enter" to skip to content

IFRC-nin Bişkekdə regional ofisi açılacaq

Görüşdən xatirə fotosu

Son yeniləmə: 24 May 2023 13:55

BAYRAQDAR MEDİA – Qırğızıstanda Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) regional ofisi açılacaq.

Bulak.kg saytı xəbər verir ki, bu barədə Sadır Caparovun Qırğızıstanda səfərdə olan Federasiyanın baş katibi Caqan Çapageinlə görüşündə məlum olub.

Tərəflər Qırğızıstan və IFRC arasında ikitərəfli əməkdaşlığın prioritet məsələləri, ölkədə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün birgə tədbirlərin təşkili, humanitar yardım və sosial dəstək məsələlərini müzakirə ediblər.

Qlobal iqlim dəyişikliyinin Qırğızıstana artan mənfi təsirləri fonunda təbii fəlakətlərdən dəyən zərərin azaldılması və fövqəladə halların miqyasının azaldılması üçün qabaqlayıcı tədbirlərin görülməsi sahəsində IFRC ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Öz növbəsində baş katib Qırğızıstanda IFRC-nin fəaliyyəti üçün iqlim gündəliyinin aktuallığını qeyd edib. Çünki iqlim dəyişikliyinin nəticələri dünyanın əksər ölkələrinə nisbətən yüksək dağlıq ölkələrdə daha tez və daha kəskin hiss olunur.

O, həmçinin təşkilatın Mərkəzi Asiya üzrə regional ofisinin Bişkekdə yerləşdirilməsi ilə bağlı qəbul edilmiş strateji qərar barədə məlumat verib.

Sonda tərəflər IFRC və Qırğızıstan arasında gələcək sıx əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.