BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Sabahın xeyir, keramika!” adlı sərgi keçirilib.
Bu haqda sözügedən Akademiyanın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “sərgi İtaliyanın ənənəvi olaraq təşkil etdiyi “Buongiorno Ceramica!” festivalı çərçivəsində, İtaliya Keramika Şəhərlər Assosiasiyasının təşkilatçılığı və ADRA-nın dəstəyi ilə təşkil olunub. Azərbaycan ilk dəfədir ki, festivalda iştirak edir. Festival keramikanın inkişafı və təbliği məqsədilə təşkil olunur. Keramika sənəti, Azərbaycan incəsənətinin vacib hissəsi olduğu üçün Azərbaycan da bu festivala qoşulub. Sərgidə 100-ə yaxın keramika və qobelen əsərləri nümayiş olunub”.
Qeyd edək ki, sərgidəki əsərlər ADRA-nın məzun və tələbələrinə aiddir.