Son yeniləmə: 23 May 2023 11:58
BAYRAQDAR MEDİA – Haliç Konqres Mərkəzində keçirilən Böyük Rumeli Yığıncağında çıxış edən qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan Evlad-ı Fatihan olan Rumeli torpaqlarına uzaqdan baxmayaqcaqlarını deyib.
Balkan News xəbər verir ki, Bosniya və Herseqovinanın ilk prezidenti, mərhum Aliyə İzzetbeqoviçi son günlərində xəstəxanada ziyarət etdiyini xatırladan Erdoğan bildirib: Həmin vaxt o mənə “Tayyib, övladım, bu torpaqlar Evlad-ı Fatihandır. Bu Evlad-ı Fatihan olan torpaqlar sizə əmanətdir” dedi”.
Mərhum A.İzzetbeqoviçin oğlu, Demokratik Fəaliyyət Partiyasının (SDA) sədri Bakir İzzetbeqoviçin ona atasının o ana qədər danışmadığını söylədiyini bildirən Erdoğan daha sonra “Əlbəttə, bu, bizim üçün bir duyğu seli oldu, Rəbbimə həmd etdim. Amma elə bir etimad almışıq ki, o torpaqlara uzaqdan baxa bilmirik. Biz o torpaqlara bir əmanət kimi baxırıq və onların qayğısına qalacayıq” deyib.
Görüşdə şeir də oxuyan R.T.Erdoğan təkcə Rumelidə deyil, Balkanlardan Qafqazlara, Adriatikdən Altaylara, 3 qitədə, 7 iqlimdə könül birləşən çoxlu qardaşlarının olduğunu dilə gətirib. O, əllərini səmaya açaraq “Allah Türkiyəyə zaval verməsin” duası ilə göz yaşı tökən çoxlu sevdalıların olduğunu bildirib.
Dili, dini, mədəniyyəti və dəri rənginin fərqli olmasına baxmayaraq, 14 May seçkilərində göstərdikləri dəstəyə görə hər kəsə təşəkkür edən Erdoğan, ölkəsinin uğuruna ümid bağlayan 100 milyon dostu olduğunu bildirib.