Press "Enter" to skip to content

Qırğızıstanla Avropa Birliyi arasında birgə sənəd imzalanıb

İmzalanma mərasimi

Son yeniləmə: 23 May 2023 13:02

BAYRAQDAR MEDİAQırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov Almatıya işgüzar səfəri çərçivəsində Avropa Komissiyasının icraçı vitse-prezidenti, ticarət üzrə Avropa komissarı Valdis Dombrovskis ilə görüşüb.

Veçernıy Bişkek xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov qeyd edib ki, Avropa Birliyi ilə əməkdaşlıq Qırğızıstan üçün prioritetdir: “Biz Qırğızıstan Respublikası ilə Avropa Birliyi arasında ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafından məmnunuq”.

Öz növbəsində Valdis Dombrovskis son illər tərəflər arasında ticarət dövriyyəsinin yüksək olduğunu qeyd edib və müxtəlif sahələrdə gələcək əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşün sonunda Avropa Birliyi tərəfindən maliyyələşdiriləcək Qırğızıstanda Yaşıl İqtisadiyyat proqramı çərçivəsində birgə sənəd imzalanıb.

Mission News Theme by Compete Themes.