Press "Enter" to skip to content

Kitab tanıtma: “İrəvan şəhəri. Türk-İslam varlığı necə yox edildi”

Sözügedən kitab

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında Türkiyə türkcəsində olan, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “İrəvan şəhəri. Türk-İslam varlığı necə yox edildi” kitabı da (türkcə) yer alır.

Kitabda Azərbaycan türklərinin qədim siyasi və mədəniyyət mərkəzlərindən biri olan İrəvanın tarixi, onun etnik mənsubiyyəti, memarlıq abidələri və onların aqibəti, sənət örnəkləri, İrəvan teatrı, mətbuatı, elm və mədəniyyət xadimləri haqqında geniş məlumat verilib. Həmçinin kitabda XX yüzilliyin əvvəlindən etibarən Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən həyata keçirilən toplu qətliamlar, soyqırımlar və məcburi köç siyasəti sənədlər ilə izah edilib.

Nəşrə AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru Yaqub Mahmudov yazdığı ön sözdə qeyd edir: “Bu kitab İrəvan şəhərinin tarixini obyektiv şəkildə ortaya qoyur. Müəllif kitabda həm xarici, həm də erməni müəlliflərdən sitat gətirməklə İrəvanın türk-müsəlman şəhəri olduğunu sübut edir. Nazim Mustafanın bu kitabında İrəvandakı azərbaycanlılara aid tarixi əsərlərin, məscidlərin, qalaların, türbələrin ermənilər tərəfindən necə yox edildiyi də araşdırılaraq yazılıb. Bu mənada ermənilər İrəvanın tarixinin Romadan 30 il daha qədim olduğunu iddia etmiş olsalar da, əslində İrəvandakı erməni əsərlərinin yaşı 200 ili keçmir. İrəvandakı ermənilərin məhv edə bilmədikləri və hazırda fəaliyyət göstərən 200 ildən çox tarixi olan tək əsər Göy Məsciddir. Azərbaycan türklərinin məscidi olan bu məscid də bərpa üçün İrana verilmiş və o da dünyaya fars məscidi olaraq tanıdıb”.

Qeyd edək ki, kitabda “İrəvan xanlığı dövrü”, “Elm, təhsil və mədəniyyət”, “İrəvanda türkcə nəşr olunan qəzet və jurnallar”, “Memarlıq və sənət”, “Məscidlər” və s. kimi başlıqlarda məlumat yer alır.

Mission News Theme by Compete Themes.