Son yeniləmə: 23 May 2023 10:02
BAYRAQDAR MEDİA – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistana səfəri çərçivəsində bır sıra görüşlər keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, F.Muradov Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Kurbanov və Azərbaycan icması ilə birlikdə paytaxt Daşkənddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanı ziyarət edib: “Ziyarət zamanı Heydər Əliyevin şərəfinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyulub, xalqımızın və türk dünyasının qüdrətli şəxsiyyətinin əziz xatirəsi böyük ehtiramla yad edilib”.
Məlumata əsasən, daha sonra Komitə sədri Özbəkistanın yerli mətbuat orqanlarına müsahibə verib: “Sonra Komitə sədrinin Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Kurbanovla görüşü keçirilib. Görüş zamanı Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində Azərbaycan və Özbəkistanın müvafiq qurumları arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ikitərəfli əməkdaşlıq perspektivləri və fəaliyyət prinsipləri ətrafında fikir mübadiləsi aparılıb. Ötən müddət ərzində türk dünyasının diaspor təşkilatları arasında səmərəli əlaqələr formalaşdırmaq və onları daha da genişləndirmək istiqamətində görülən işlərə diqqət cəlb edilib. Özbəkistanda müasir Azərbaycan dövlətinin qurucusu, türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirilməsindəki təşkilati dəstəyinə və Azərbaycan diasporunun geniş fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinə minnətdarlıq bildirilib, Azərbaycan dövlətinin adından Komitə sədri Rustambek Kurbanova “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı təqdim olunub”.