Son yeniləmə: 23 May 2023 17:15
BAYRAQDAR MEDİA – Bolqarıstanda hökumət problemi həll edilmək üzrədir. GERB-SDS koalisiyasının baş nazirliyə namizədi Mariya Qabriel, pərdəarxası razılaşmalarla namizədliyi irəli sürülmüş şəxslərin hökumətdə olmasına icazə verməyəcəyini bəyan edib.
Radio Bolqarıstan xəbər verir ki, o, məhz bunu əsas gətirərək, hökumət qurmaq üçün ilk mandatı yerinə yetirilməmiş prezident Rumen Radevə qaytarıb.
Mariya Qabriel prezident qarşısında çıxışında vurğulayıb ki, son 48 saat ərzində siyasi qüvvələrlə davam edən danışıqlar nəticəsində məlum olub ki, qarşılıqlı güzəştlərlə GERB-SDF koalisiyası və “Dəyişikliyə davam edin-Demokratik Bolqarıstan” Bolqarıstanla razılığa gələ biləcəklər.
Prezident Rumen Radev Mariya Qabrielə göstərdiyi səylərə görə təşəkkür edib.
Bundan əvvəl Mariya Gabriel və “Dəyişikliyə davam edin-Demokratik Bolqarıstan”nın baş nazirliyə namzədi Prof. Nikolay Denkov parlamentdə birgə mətbuat konfransı keçirib. Burada parlamentdə təmsil olunan birinci və ikinci partiya arasında rotasiya qaydasında müştərək idarəçilik haqqında razılaşmanın olduğu bəyan edilib.
İlk siyasi gücün dəstəyi ilə hökumətin ən azı 18 ay işləyəcəyinə zəmanət olaraq ilk 9 ayda baş nazir Nikolay Denkovun, baş nazirin müavini və xarici işlər naziri isə Mariya Qabrielin olması razılaşdırılrıb. Qalan 9 ay ərzində isə GERB-SDS namizədi Baş nazir, PP-DB koalisiyasının namizədi də baş nazirin müavini olacaq.