Press "Enter" to skip to content

Bir tərəfdə ruh yüksəkliyi, digər tərəfdə ruh düşkünlüyü

Hasan Öztürk

Son yeniləmə: 23 May 2023 10:42

Hasan Öztürk: Sinan Oğanın qərarı səs nisbətindən daha çox ruh yüksəkliyi baxımından önəmlidir

BAYARQDAR MEDİA – “Sinan Oğanın ikinci turda Cümhurbaşqanı Recep Tayyip Erdoğanı dəstəkləməsi “Cumhur İttifakı”nda seçkiöncəsi ruh yüksəkliyi baxımından əhəmiyyətlidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib.

O, qeyd edib ki, Sinan Oğanın Recep Tayyip Erdoğana dəstək açıqlamasından dərhal sonra Kemal Kılıçdaroğlunun Twitterdə “vətənini satan” ifadəsini işlətməsi də diqqətdən yayınmamalıdır: “Bu, S.Oğanın R.T.Erdoğanı dəstəkləməsinin Kemal Kılıçdaroğlu ilə “Millet İttifakı”nda ruh düşkünlüyünə səbəb olduğunu göstərir. Eyni zamanda, Cümhurbaşqanının mayın 22-də axşam saatlarında canlı yayımda işlətdiyi ifadələr S.Oğanın bu dəstəyinin, yuxarıda da qeyd etdiyimi kimi, “Cumhur İttifakı” və sayın Erdoğan tərəfindən ruh yüksəkliyi ilə qarşlandığına işarə edir”.

Fikirlərinə davam edən H.Öztürk, həmçinin, “Əslində, birinci turda S.Oğana səs verən 5,2 faiz seçicinin heç də hamısının Oğan seçicisi olmadığını bilirik. Bunların bəlli bir qismi “ATA İttifakı”nın onurğa sütunu olan Ümit Özdağın Zəfər Partiyasının seçiciləridir. Çox güman ki, Ü.Özdağ mayın 23-də K.Kılıçdaroğlunun lehinə açıqlama verəcək. Bu baxımdan düşünürəm ki, S.Oğanın R.T.Erdoğan lehinə mövqeyi səs nisbətindən daha çox ruh yüksəkliyi baxımından önəmlidir”.

Qeyd edilib ki, S.Oğan dəstək açıqlaması zamanı bu qərarı əsaslandıran məqamlara da toxunub: “Bu prinsiplərın əsasında sabitliyə, türk dünyasına, terrorla mübarizəyə önəm verilməsi xüsusilə diqqətdən yayınmadı. S.Oğan mayın 14-də keçirilən parlamen seçkilərində müxalifətin məğlub olmasını önə çəkərək, “Bütün məsələlərin reallaşması bilavasitə ölkəmizin sabitliyi ilə bağlıdır. Bu səbəbdən də yeni qəbul edilən Cumhurbaşqanlığı Hökümet Sistemində sabitliyin təməlində parlamentlə cümhurbaşqanlığının eyni ittifaq idarəçiliyi altında olması vacibdir. “Millet İttifakı” isə 20 ildir iqtidarda olan “Cumhir İttifakı”na qarşı yetərincə uğur göstərə, bizi gələcəyə inandıracaq perspektiv təqdim edə, ən əsası parlament çoxluğuna ola bilmədi və sabitlik amilini əldən verdi” deməsi onun seçiminin əsasında xüsusilə sabiltik faktorunun dayandığına işarə edir. Bu kontekstdə, həmçinin, sayn Erdoğanın türk dövlətlərinin təşkilatlanmasına, Azərbaycana və türk dünyasına verdiyi önəmin, terrorla mübarizədə mövqeyinin vurğulanması S.Oğanın dəstəyinə aydınlıq gətimiş oldu”.

Mission News Theme by Compete Themes.