Son yeniləmə: 23 May 2023 17:14
BAYRAQDAR MEDİA – Ərbildə Türkiyə Maarif Vəqfinin (TMV) nəzdində fəaliyyət göstərən Erbil Beynəlxalq Maarif Məktəbində məzuniyyət mərasimi keçirilib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Bildirilib ki, mərasimdə Türkiyənin Ərbil baş konsulu Mövlud Yakut, İraq Kürd Regional Rəhbərliyinin (İKRG) etnik və dini qurumlardan məsul naziri və İraq Türkmən Cəbhəsi (İTC) İcraiyyə Şurasının üzvü Aydın Maruf, (İKRG) Məclis katibi Muna Kahveci, İTC Ərbil müavini İmdat Bilal, TMV İraq nümayəndəsi Fahreddin Keskin, məktəb rəsmiləri, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.
Məlumata əsasən, Maarif məktəblərində verilən təhsildən bəhs edən videofilimin nümayişindən sonra təhsilini başa vuran şagirdlərə diplomlar təqdim olunub.
Mərasimdə çıxış edən F.Keskin Ərbil Maarif Məktəbinin keçən il ilk məzunlarından sonra bu il ikinci buraxılış mərasiminin keçirildiyini qeyd edib: “Maarif Vəqfi 2016-cı ildən bu yana 51 ölkədə 440 məktəbdə təhsil xidməti göstərir. Maarif Vəqfi son 7 ildə dünyada azsaylı təhsil müəssisələri arasında öz yerini tutub”.
O, bölgədə yeni təhsil müəssisələri açmağı planlaşdırdıqlarını vurğulayıb.
F.Kəskin əlavə edib ki, Maarif Məktəblərində lisey təhsilini uğurla başa vuranlara Türkiyədəki universitetlərdə təhsil almaq imkanı təklif olunur.