Son yeniləmə: 23 May 2023 11:38
BAYRAQDAR MEDİA – Mayın 22-də Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva İnnovasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Litva İnnovasiyalar Agentliyinin nümayəndəsi İndre Balciunaite imzalayıblar: “Memorandumda hər iki ölkənin kiçik və orta biznes subyektləri arasında müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və digər məsələlər nəzərdə tutulur”.
Biznes forumda təqdimatla çıxış edən Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan və Litva KOB-ları arasında əməkdaşlıq imkanları barədə məlumat verib.