Son yeniləmə: 22 May 2023 11:52
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi Pamukkale Universitetində (PAÜ) universitet-şəhər inteqrasiyasına töhfə verəcək Gənclik Nöqtəsini açıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, açılışıa Denizli Böyükşəhər Bələdiyyəsini başqanı Osman Zolan, Universitetin rektoru Prof. Dr. Ahmet Kutluhan, Denizli Gənclik və İdman İl müdiri Ömər İlman, Böyükşəhər Bələdiyyəsi Şəhər Şurası Gənclik Məclisi sədri Tunahan Biri, qonaqlar və universitet tələbələri qatılıb.
Mərasimdə çıxış edən Tunahan Biri gənclər olaraq uzun müddətdir belə bir yer arzusunda olduqlarını, tələblərini bələdiyyə sədri Osman Zolana çatdırdıqda dərhal müsbət cavab verdiyini bildirib.
Qeyd edilib ki, Gənclik Nöqtəsi gənclərin Böyükşəhər Bələdiyyəsinin ictimai, mədəni və maarifləndirici fəaliyyətləri haqqında məlumatlandırılmasına, eləcə də Gənclər Məclisi ilə birlikdə idarəetmə proseslərinə cəlb olunmasına imkan verəcək.
Rektor Prof. Dr. Ahmet Kutluhan isə universitet gənclərini hər tərəfdən, xüsusilə akademik və sosial baxımdan inkişaf etdirməyi hədəflədiklərini söyləyib. Rektor A.Kutluhan Bələdiyyə başqanı O.Zolana təşəkkür edib: “Bu barədə başqa yerdə və digər universitet rektorları ilə də danışırıq. Hamı bizə qibtə edir. Çünki nə vaxt başqanımızın qapısını döysək, o gün bizi heç vaxt əliboş qoymur”.
O.Zolan Dənizli Böyükşəhər Bələdiyyəsinin həyata keçirdiyi idman, mədəniyyət, incəsənət və təhsil fəaliyyətlərinin Gənclik Nöqtəsi vasitəsilə gənclərə açıqlanacağını, tələbələrin də müəssisənin bütün imkanlarından yararlanacaqlarını söyləyib.