BAYRAQDAR MEDİA – Ukrayna silahlı qüvvələri mayın 22-nə keçən gecə işğalçı Rusiyanın kütləvi hücumunun qarşısını alarkən İran istehsalı olan 20 PUA-nı da məhv edib.
Bu haqda xəbəri Ukrayna tərəfi yayıb.
Xəbərdə deyilir ki, mayın 22-nə keçən gecə Ukrayna silahlı qüvvələri İran istehsalı olan Şahed 136/131 markalı 20 pilotsuz uçan aparatı məhv edib. Eyni zamanda X-101/X-555 markalı qanadlı raket də zərərsizləşdirilib. Əlavə olaraq Rusiyanın bir ədəd Su-35 təyyarəsi məhv edilib.
Qeyd edilir ki, sözügedən arsenal Ukraynaya heç bir ziyan vura bilməyib.